Türkiyə hökuməti mayın 23-də Ankaraya səfərə gələcək Finlandiya və İsveç rəsmiləri üçün “Skandinaviya dosyesi” hazırlayıb.
7Times.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Finlandiya və İsveçin NATO-ya üzvlüyünə razılıq verilməsi şərtlərini özündə əks etdirən “Skandinaviya dosyesi” bu ölkələrin Türkiyəyə gələcək diplomatlarına təqdim ediləcək.
Diplomatların Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal tərəfindən qəbul ediləcəyi gözlənilir. Ankaranın tələbləri barədə qonaqlara Önal məlumat verəcək.
Follow @7timesaz