“Fransanın Klermon-Ferrand şəhər meydanında qanunsuz erməni separatçılarının əsgi parçasının asılması ilə əlaqədar Fransa Xarici İşlər Nazirliyinə nota ünvanlanacaq”.
7Times.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Fransadakı Səfirliyindən bildirilib.
Qeyd edilib ki, bundan başqa, prefektura rəhbərliyinə məktub göndərilib və Azərbaycanın ərazi bütövlüyünə qarşı olan, habelə Fransa qanunvericiliyinin pozulması hesab edilən bu addımla bağlı müvafiq araşdırmanın aparılması və açıqlamanın verilməsi tələb olunub.
Follow @7timesaz