Aktual

Paşinyan Əliyevə təslim oldu – Ermənistana 3 ay vaxt verildi

Paşinyan Əliyevə təslim oldu – Ermənistana 3 ay vaxt verildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əslində Prezident İlham Əliyev Basqalda verdiyi müsahibə zamanı Ermənistanla sülh prosesinin yol xəritəsini bəyan etmişdi. Ortada Azərbaycanın beynəlxalq hüquqa əsaslanan 5 şərti var. Hansı ki, Ermənistan birmənalı yox da demir, amma eyni zamanda da prosesləri ləngidir.

Ona görə də, Azərbaycan Prezidenti elə bir siyasi konfiqurasiya qurub ki, rəsmi İrəvan Azərbaycanın şərtlərinə, tələblərinə yox desə, əslində beynəlxalq səviyyədə dünya ictimaiyyətinin gözü qarşısında beynəlxalq hüququn prinsiplərinə yox demiş olacaq. Bu səbəbdən də Nikol Paşinyan və komandası rəsmi Bakının Ermənistanla davamlı sülhə hesablanmış bu prosesləri ləngitmək cəhdlərinə ara vermirdi.

Ona görə bütün diqqətlər dünən baş tutacaq növbəti Brüssel görüşünə idi. Növbəti Brüssel görüşünün necə keçdiyini, kimin bu dəfəki görüşdən karlı ayrıldığını isə öncə istər görüş zamanı, istərsə də görüşdən sonrakı görüntülərdən dövlət başçılarının bədən dilindən çox rahat anlamaq mümkün idi.

Edilən açıqlamalardan sonra isə bu məsələ ilə bağlı iddialar öz təsdiqini tapdı. Ermənistanın müqavimətinə və Brüssel görüşündə Azərbaycanın real nəticə əldə etməyinə mane olmaq cəhdlərinə baxmayaraq Prezident İlham Əliyev Avropa İttifaqı prezidenti Şarl Mişelin vasitəçisi olduğu bu görüşdə konkret nəticələr əldə edib. Demək olar ki, budəfəki Brüssel görüşü də tam olaraq Azərbaycanın istəklərinin Ermənistan tərəfindən qəbul edilməsi ilə nəticələndi.

Görüşdən sonra Şarl Mişelin və Ermənistan tərəfinin açıqlamasına diqqətlə fikir versək görərik ki, “Qarabağın statusu” məsələsi və “ATƏT-in Minsk Qrupu” kimi ifadələrdən istifadə edilmədi ki, bu da Azərbaycanın əsas tələblərindən biridir. Anlaşılan odur ki, Paşinyana bəzi terminlərdən istifadə etmək qadağan edilib.

Əslində bu görüşü bundan öncəki danışıqlarla müqayisə etsək, budəfəki görüşün digərlərindən bir qədər fərqli formatda keçdiyini deyə bilərik. Əgəz biz 44 günlük Vətən müharibəsindən sonra daha çox iqtisadi və huimanitar məsələlərlə siyasi ziddiyətləri aradan qaldırmaq istəyirdiksə, bu dəfə sülh sazişi digər məsələlərin önünə keçdi. Məhz sülh sazişindən sonra iqtsadi və hümanitar məsələlərin həllində irəliləyişin əldə edilməsi variantı dünənki görüşdə prioritet mövzulardan idi.

Sülh müqaviləsi sənədində ən əsas vurğu isə əlbəttə ki, – “tərəflər bir-birinin dövlət sərhədlərini, ərazi bütövlüyünü tanıyır” kimi oxşar ifadələr olacağı ehtimalları yüksəkdir.

Şarl Mişelin üçtərəfli görüşün ardınca bəyanatı zamanı tərəflərin sülh müqaviləsi ilə bağlı konkret ifadələrlə bağlı sentyabr ayında XİN rəhbərləri səviyyəsində görüş keçirəcəkləri ilə bağlı anonsu da bu deyilənlərin növbəti təsdiqidir. Sülh müqaviləsində ən prinsipial xarakter daşıyan məsələ – şübhəsiz ki, Qarabağla bağlıdır ki, bu da müqavilədə böyük ehtimalla Bakının istəyinə uyğun olaraq Qarabağ ifadəsindən istifadə edilməyəcəyi gözləntilərini daha da artırır.

Brüssel görüşünün nəticələri:

⚫️ Sülh müqaviləsi üzrə irəliləyiş əldə etmək üçün əsaslı işi gücləndirmək barədə razılığa gəlinib

⚫️ Xarici işlər nazirlərinin bir ay ərzində görüşü razılaşdırılıb

⚫️ Humanitar məsələlər, o cümlədən minalardan təmizlənmə, saxlanılanlar və itkin düşənlərin taleyi ilə bağlı ətraflı müzakirə aparılıb

⚫️ Sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə təminatında irəliləyiş barədə bütün məqamlar nəzərdən keçirilib

⚫️ Razılığa gəlinib ki, sərhədlərin delimitasiyası üzrə Komissiyalarının növbəti iclası noyabrda Brüsseldə keçirilsin

Yekun bəyanat deməyə əsas verir ki, Qərb masasındakı müzakirələrdə də Bakının gündəliyindən kənara çıxılmadı və postkonflikt reallığı Avropa İttifaqı tərəfindən qəbul olunur ki, bu da Fransa və ABŞ-ın “Minsk qrupu”nu diriltmək cəhdlərinə qarşı müsbət alternativdir.

Heç şübhəsiz ki, “Minsk Qrupu” termininin bir dəfə də olsun işlədilməməsi Bakının bu görüş üçün əsas tələblərindən biri idi. Bununla rəsmi Bakı növbəti dəfə “Azərbaycanla Ermənistan arasında iki vasitəçi var – Rusiya və Avropa İttifaqı. Misnk Qrupu adlanan bir qurum artıq mövcud deyil və o regionda sülh missiyasını icra edə bilməz” mesajını lazımı dairələrə növbəti dəfə çatdırdı. Çünki Brüssel və Moskva Azərbaycanla Ermənistan arasında istər kommunikasiya xətlərinin açılmasını, sərhədlərin müəyyənləşməsini, sülh sazişini və əsirlər mövzuları ilə bağlı hər hansı ciddi irəliləyiş əldə edə bilməsələr də, əsas odur ki, Azərbaycana indiki məqamda ən çox lazım olanı edirlər – Qarabağ mövzusuna toxunmurlar, Minsk qrupunun adını belə çəkmirlər. Bu da Bakı üçün arzulanan məqamdır.

Rəsmi Bakının Rusiya və Avropa İttifaqına Ermənistanla təmaslarda önəm verməsi vasitəçilik uğrunda Moskva ilə Brüssel arasındakı rəqabəti daha da qızışdırır ki, bu da Azərbaycanın maraqlarına xidmət edir. Biri ləng tərpənəndə, o birisinin üstünlüyündən istifadə etmək mümkündür.

Dünənki görüş zamanı digər məsələlər də xüsusilə diqqət çəkdi. Bu mənada yenə də Şarl Mişelin açıqlamalarına diqqət yetirsək görərik ki, Avropa İttifaqının rəhbəri ifadələrinin birində “tərəflər ifadələrdən istifadə edərkən ehtiyyatlı olmalıdırlar” sözlərinə xüsusi yer verdi. Ş.Mişelin bu ifadəsi elə Ermənistana ünvanlanmış bir ultimatum idi. Çünki Azərbaycan tərəfinin xəbərdarlığı ondan ibarət idi ki, son altı ayda Nikol Paşinyanlar, Ararat Mirzoyanlar tez-tez uydurma, qondarma ifadələrdən istifadə edərək danışıqlar prosesinə ciddi şəkildə xələl gətirirdilər və bu cür sülhə təhdid olan siyasət tərəflər arasında gərginliyi daha da artırırdı ki, bu da iki ölkə arasında davamlı sülhə ciddi zərbə məqsədilə planlı şəkildə qeyd edilirdi.

Brüssel görüşündə ikinci məsələ ondan ibarət idi ki, Şarl Mişel çıxışında 1990-cı illərin əvvəllərində əsir götürülmüş Azərbaycanlılar məsələsinə də toxundu. Məlumdur ki, 2021-ci ilin sonu – dekabr ayında üçtərəfli görüş zamanı Preizdent İlham Əliyev tərəfindən bu məsələ xüsusilə qabardılmışdı və qeyd edilmişdi ki, Avropa İttifaqı Ermənistana əsir düşən azərbaycanlıların aqibəti ilə bağlı bir kommunikasiya rolunu oynayaraq Ermənistanı təhrik etməlidir ki, həmin insanların taleyi ilə bağlı konkret məlumat verilsin. Bu gün bu istiqamətdə rəsmi Bakının təkidi və təzyiqi ilə Aİ prezidentinin İrəvan qarşısında müəyyən tələblərlə çıxışının şahidi oluruq. Çox güman ki, Azərbaycan digər məsələlərdə olduğu kimi əsir və girov düşmüş vətəndaşları ilə bağlı da məqsədinə çatacaq.

Çıxışın sonunda “Biz noyabrın sonuna qədər bu formatda yenidən görüşməyə razılaşdıq” deyən Şarl Mişel 31 avqust görüşünün nəticələrinə həsr olunmuş bir hesabat görüşününü nəzərdə tutur. Belə aydın olur ki, Ermənistanın dünən razılaşdırılan sülh, humanitar, sərhəd, delimitasiya-demarkasiya məsələri ilə bağlı konkret addımlar atması və bu istiqamətlərdə praktiki işlər görməsi üçün 3 ay vaxtı var. Bunu isə növbəti dəfə N.Paşinyanı İrəvana əliboş yola salan İlham Əliyevin Ermənistana növbəti humanistliyi də adlandırmaq olar.

Nəzərə alsaq ki, Brüsseldə tərəflər sülh sazişi mətninin üzərində iş aparılması üçün bir ay müddətində işçi qruplarının yaradılmasına razılaşıblar və eyni anlaşma bundan öncə yenə Brüsseldə əldə olunmuşdu, İrəvan isə heç bir praktiki addım atmadı, belə nəticə çıxır ki, Aİ ilə Bakının da istəyinə uyğun olaraq bu mövzunu yenidən gündəmə gətirməklə Paşinyana yenidən “başqa yolun yoxdur, geri addım ata bilməzsən” ultimatumu verdi. O da aydın olur ki, İrəvanın öhdəliyini yerinə yetirməsi məsələsi ötən gün də əsas müzakirə mövzularından biri olub və Nikol Paşinyan razılığa gəlib. Lakin Ermənistanın razılaşma ilə bağlı praktiki mərhələdə addım atacağı yenə şübhəlidir.

Amma İrəvan unutmamalıdır ki, anlaşma Azərbaycanın öhdəliklərini yerinə yetirməyən Ermənistana qarşı istənilən addımını legitimləşdirir. Necə ki, bunu Azərbaycan “Qisas” əməliyyatı ilə Ermənistana və revanşistlərə havadarlıq edən qüvvələrə nümayiş etdirdi.