Dünya

BMT Təhlükəsizlik Şurası Qəzza və Ukrayna ilə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası Qəzza və Ukrayna ilə bağlı iclas keçirəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Təhlükəsizlik Şurası 23 sentyabrda Qəzza zolağındakı vəziyyətə və Ukraynadakı münaqişəyə həsr olunmuş iclaslar keçirəcək.

7Times.az xəbər verir ki, bu barədə sentyabr ayında Şuraya sədrlik edən Cənubi Koreyanın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.

Gözlənilir ki, hər iki iclas BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsinin ilk günü keçiriləcək və yüksək səviyyəli nümayəndələrin iştirakı ilə baş tutacaq.