Almaniya kansleri Fridrix Merz Rusiya Prezidentinin Avropaya qarşı siyasətini sərt tənqid edib. Bundestaqda çıxış edən kansler bildirib ki, Moskva məqsədli şəkildə azad cəmiyyətləri sarsıtmağa çalışır.
“Rusiya tədricən bizim azad cəmiyyətlərimizi destabilizasiya etmək niyyətindədir. Biz buna nə xaricdən, nə də daxildən imkan verməyəcəyik”, – deyə Merz vurğulayıb.
Onun sözlərinə görə, Ukraynada sülh razılaşması yalnız bir şərtlə mümkündür – Kyevin siyasi suverenliyi və ərazi bütövlüyü təmin olunmalıdır.
“Diktə olunmuş sülh, azadlıqdan məhrum sülh yalnız Putini yeni hədəflər axtarmağa təşviq edər”, – Almaniya kansleri əlavə edib.
Merzin bu çıxışı Almaniya hökumətinin Ukrayna məsələsində mövqeyinin dəyişmədiyini, Qərbin əsas prioritetinin isə “ədalətli sülh” olduğunu bir daha ortaya qoyur.
“AzPolitika.info”
Follow @7timesaz