Rusiya-Ukrayna müharibəsindən sonra enerji böhranı Avropanı vurub. Bir çox sahədə dərin sarsıntılar yaşayan Avropa ölkələri qənaət qərarlarını həyata keçirir. Bu qənaət qərarları və yaşanan problemlər üzündən minlərlə insan küçələrə axışıb. Bu görüntülərin gəldiyi son Avropa ölkəsi Fransa olub. Ölkədə pisləşən iqtisadiyyat və enerji böhranından sonra küçələrə çıxan fransızlar Aİ-dən çıxmağa çağırıblar. “Frexit” pankartları diqqət çəkib.
7Times.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin ən böyük hesabının Avropaya getdiyi görünür. Müharibəyə son qoymaq səyləri əvəzinə Ukraynaya silah və maliyyə yardımı göstərməyə üstünlük verən Avropa ölkələri enerji böhranı və pozulmuş tədarük zənciri ilə mübarizə aparır. Pandemiyadan sonra inflyasiyanın artması ilə rifah səviyyəsini itirən Avropa ölkələrinin əhalisi küçələrə axışıb. İngiltərə, Almaniya, Norveç və Çexiyadan sonra Fransada da irtica nümayişləri keçirilib. Makron istefaya dəvət edilib, AB və NATO-dan çıxmaq çağırışı edilib.
FRANSADA “MÜQAVİƏT” ETİRAZLARI BAŞLADI
Fransanın paytaxtı Parisdə “Müqavimət” pankartları açılıb və minlərlə insanın qatıldığı etiraz nümayişləri keçirilib. İqtisadiyyatın pisləşməsi, səhiyyə sisteminin əlçatmaz olması və enerji qiymətlərinin artması ilə bağlı nümayişlərdə şüarlar səsləndirilib.
“Avropa İttifaqından çıxaq”
Avropa Birliyinin ölkələrinə zərər verdiyini düşünən fransızlar “Aİ-dən çıxaq” tələbini irəli sürüblər. Böyük Britaniyanın Aİ-dən ayrılması zamanı tez-tez eşitdiyimiz “Brexit” sözü fransızlar tərəfindən yenidən “Frexit” kimi gündəmə gətirilib. Nümayişçilər üzərində “Frexit” yazılmış pankartlar açıblar. Yenə NATO-dan çıxmaq fikri nümayişçilər tərəfindən də səslənib.
MAKRON İSTEFA
Küçələrə çıxan fransızlar bu mənzərəyə görə prezident Makronu və hökuməti günahlandırıblar. Makronu minlərlə insan istefaya dəvət edib.(Demokrat.az)