Ölkə

Bakıda gəlin bakirə çıxdı deyə atəşfəşanlıq etdilər

Bakıda gəlin bakirə çıxdı deyə atəşfəşanlıq etdilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qəribə hadisə yaşanıb.

7Times.az  sfera.az-a istinadla bildirir ki, bu gecə saat 00:15-00:20 radələrində “Həzi Aslanov” metrostansiyası yaxınlığındakə məhəllələrin birində atəşfəşanlıq olub.

Bu barədə tanınmış PR və marketinq kommunikasiyaları eksperti Vüqar Baba məlumat yayıb. Onun sözlərinə görə, eyvanların birindən ardıcıl fişənglər atılıb, qonşular isə səs-küydən narahat olaraq qapını döyüb, mübahisə ediblər.

Maraqlı məqam ondan ibarətdir ki, ev sahibinin “toy gecəsi”nə görə bu addımı atdığı bəlli olub. V.Baba fikirlərini bu cür davam etdirib: “Sən demə, gəlin bakirə çıxdığı üçün onu qeyd edirlərmiş.  Qonşular “Bu nə biabırçılıqdır?!” “Utanmazlar!”, “Əxlaqsızlar!” kimi ifadələr işlədib, bir qədər mübahisə edərək dağılışıblar”.

V.Baba həmçinin bəzi bölgələrdəki bu adətlə bağlı “Nərimanfilm”in çəkdiyi, Elmin Badalovun baş rolunu oynadığı “İkinci güllə”  filmini də xatırladıb.