Zatən, əvvəldən də gözlənilirdi ki, ermənilər Moskva danışıqlarına, orda elan edilən humanitar atəşkəsə riayət etmək niyyətində deyillər. Moskva danışıqlarında hədəf, niyyət tamamilə başqadır.
Buna görə də 10 oktyabr saat 12:00-dan, humanitar atəşkəs razılığının qüvvəyə mindiyi ilk andan bu kövrək və amanabənd “atəşkəs”i pozmağa başladılar.
Moskva görüşü zamanı ermənilər nələr danışırdı
Moskva görüşü davam etdiyi vaxt, oktyabrın 9-da erməni politoloqlar və siyasi partiya rəhbərləri birmənalı şəkildə israr edirdilər ki, Ermənistan hazırkı şəraitdə masaya oturmalı deyil. “Bütün mümkün vasitələrdən istifadə etməklə atəşkəsə nail olmalı və hərbi hazırlıq görməliyik”, – deyə açıq şəkildə elan edilirdi.
Hazırda masaya oturmağın Ermənistan üçün kapitulyasiya olduğunu vurğulayan erməni politoloqlar hətta danışıqlar ərəfəsində səfərbər olunub, müəyyən strateji məntəqələri ələ keçirməyə də çağırış edirdilər. Məqsəd isə danışıqlarda “şərtləri qəbul edən tərəf”dən daha güclü tərəfə çevrilmək istəyi idi.
“Humanitar atəşkəs” və silah daşınması
10 oktyabr səhər saat 4 radələrində – 11 saatlıq danışıqlardan sonra 4 maddəlik humanitar atəşkəs bəyanatı elan edildi. Dərhal bəlli oldu ki, Ermənistan XİN rəhbəri bu bəyanatı imzalayıb, ölkəsinə qayıtdığı zaman öz təyyarəsində İrəvana Rusiyadan 300 ədəd tank əleyhinə idarə olunan “Kornet” raket sistemi aparıb.
Prezidentin köməkçisi Hikmət Hacıyev də Ermənistana “humanitar yardım” adı altında “Atlantic Armenian Airlines” aviaşirkətinin mülki təyyarələrlə raket və raket sistemləri daşıdığını rəsmən elan etdi.
Bakının tələblərinə Nikolun reaksiyası
Azərbaycan danışıqlar üçün şərtlərini açıqladı və bu şərtlərin birincisi Azərbaycanın ərazi bütövlüyüdür.
Ermənistan baş naziri bu ərəfədə İrəvanda baş tutan Avrasiya İqtisadi İttifaqının toplantısının tribunasından Azərbaycana qarşı təbliğat üçün istifadə etməyə cəhd göstərdi. Paşinyan bu toplantıda “dqr”dən müstəqil ölkə kimi danışmağa davam etməklə əslində Azərbaycanın beynəlxalq hüquqa əsaslanan tələblərinə necə yanaşdığını ortaya qoydu.
Hətta ötən gün Almaniyanın ZDF kanalına açıqlamasında “dqr”in statusunun tanınmasının “bu problemin həlli yolu ola biləcəyini” də vurğuladı.
Qarabağ separatçılarının çabaları
Humanitar atəşkəs razılaşmasının qüvvəyə mindiyi andan Qarabağ separatçı-terrorçularının rəhbəri Araik Arutyunyanın Hadruta hücum cəhdini birbaşa təşkil etdiyi ortaya çıxdı.
ABŞ-dan gələn erməni terrorçularının da qatıldığı hücuma Azərbaycan Ordusunun necə cavab verdiyi haqda artıq rəsmi məlumat və videolar yayılıb. Hücumda ağır itki verən terrorçular geri çəkilməyə məcbur oldular.
Həm də bu hücuma Birinci Qarabağ savaşında iştirak edənlər, xaricdən gələn terrorçular qatılmışdı. Yəni “ən təcrübəli”, “ən peşəkar” bir hücum cəhdi idi…
Ümumiyyətlə, Arutyunyanın “humanitar atəşkəs”dən istifadə cəhdləri hər yerdə özünü göstərir və bu, ermənilərin ənənəvi taktikasıdır. 7 may 1992-ci ildə İranda atəşkəs razılaşmasına imza atıb, 8 mayda Şuşanı, 18 mayda Laçını işğal edən erməni məkri bu dəfə keçmədi.
“Dqr” statusu məsələsi
Ordumuzun qarşısında ağır məğlubiyyətə uğrayan və bir-birinin ardınca hərbi mövqeləri itirən Ermənistan baş naziri hazırkı şəraitdən istifadə edərək, Dağlıq Qarabağın “statusunun” tanınmasına çalışır.
Hazırda erməni politoloqları, siyasətçiləri, hökumət rəsmiləri və Qarabağ separatçılarının əsas müzakirə mövzusu da Dağlıq Qarabağın “statusunun tanınması” istiqamətindədir. Araik Arutyunyan isə bu məsələdə “prezident” kimi daha çox canfəşanlıq etməyə cəhd göstərir.
Hətta Ermənistandan Fransa prezidentinə “dqr”in tanınması xahişi ilə müraciətlər də göndərilib.
Bir tərəfdən atəşkəsə yalvaran, qalıcı sülhə çalışan Ermənistan digər tərəfdən mülki əhalini bombalayır, mülki təyyarələrlə silah daşıyır və Qarabağda azad edilən əraziləri yenidən işğal etmək üçün bir-birinin ardınca hücuma keçir, “dqr”in tanınmasına cəhd göstərir, mülki əhalini vurmaqla Azərbaycanın Ermənistana zərbə endirməsinə və beləliklə, Qarabağa KTMT-nin müdaxilə etməsinə nail olmaq istəyir.
Bununla bahəm, erməni disporu da iki gündür inanılmaz fəallıq göstərir: bir-birinin ardınca “Türkiyə və Azərbaycanın aqressiyasına” qarşı mitinqlər keçirir, Ermənistan silahlı qüvvələrinə ianə yığır. Ötən gün Kim Kardaşyanın 1 milyon dollar ianəsi və dünya ermənilərinə çağırışını da unutmaq olmaz.
Xaricdən Ermənistana “humanitar yardım”lara da başlanılıb və bu yardımların silah olduğuna dair ciddi ehtimallar var.
Atəşkəs başlamadan bitdi
Gəncədə bu gecə 9 nəfərin öldürülməsi və 34 nəfərin yaralanmasına səbəb olan raket hücumu yalnız hərbi cinayət deyil, həm də “humanitar atəşkəs”dən ermənilərin hansı məqsədlər üçün istifadə etmək istədiyinə dair dəhşətli faktdır.
Ermənistan heç bir halda Azərbaycanın ərazi bütövlüyünə razı olmaq, BMT qətnamələrinə riayət etmək niyyətində deyil. Ermənistanın niyyəti “humanitar atəşkəs”lə döyüş meydanından meyitlərinin yığılması olsaydı, bu atəşkəsin qüvvəyə mindiyi gün mülki əhalini Ermənistan ərazisindən ballistik raketlərlə vurmazdı.
Fakt odur ki, Ermənistan heç bir beynəlxalq qanun tanımır, heç vaxt öz imzasına hörmət etməyib, hər zaman imzaladığı razılaşmanın mürəkkəbi qurumamış işğal siyasətini davam etdirib.
Erməni xarakteridir: onların nə sözünə, nə də imzasına inanmaq olar.
Son olaraq
Ermənistan yalvarıb-yapışmaqla, daban yalamaqla Moskvada nail olduğu humanitar atəşkəsi artıq darmadağın etdi, bütün sərhədləri keçdi və müharibə cinayətlərini davam etdirdi.
Hər hansı atəşkəs artıq müzakirə predmeti deyil.
Azərbaycanın atəşkəslə bağlı mövqeyi ortadadır: konkret qrafik, Azərbaycan ərazilərindən işğalçı ordunun çıxarılması cədvəli verilmədən, Azərbaycanın ərazi bütövlüyü etiraf edilmədən heç bir atəşkəsdən söhbət gedə bilməz.
Prezident İlham Əliyev də bu məsələyə öz çıxışında münasibət bildirmiş, atəşkəsə Ermənistanın özünə gəlməsi və güclənməsi üçün çalışıldığına işarə etmiş, buna şərait yaradılmayacağını bildirmiş, “bizi bu qədərmi sadəlövh hesab edirsiniz” demişdi.
Yəni Azərbaycanın hərbi-siyasi rəhbərliyi bütün təxribatlara, bütün atəşkəs oyunlarına və Ermənistanın son hücum cəhdlərinə, silah daşımalarına hərtərəfli hazırdır və düşmənin cavabı verilir! axar.az
Follow @7timesaz