Belarus Prezidenti Aleksandr Lukaşenko milli bayram – Cümhuriyyət Günü münasibətilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına təbrik ünvanlayıb.
7Times.az xəbər verir ki, Lukaşenko təbrikində Minsk və Ankara arasında əməkdaşlıq üçün əhəmiyyətli potensialın olduğuna əminliyini qeyd edib.
“Mən əminəm ki, ticarət, iqtisadiyyat, elm və texnologiya sahələrində ikitərəfli əməkdaşlığın qurulması üçün əhəmiyyətli potensial var”, – Belarus liderinin mətbuat xidməti Lukaşenkonun təbrikindən sitat gətirib.
“Türkiyə zəngin tarixi boyu siyasi, iqtisadi və sosial ölçülərdə dünyanın ən böyük ölkələrindən biri kimi mühüm rol oynayıb. Ankaranın bugünkü nailiyyətləri sizin mühüm təşəbbüsləriniz sayəsində ölkənin nüfuzunun daha da artmasına və türk dövlətinin güclənməsinə kömək edir”, – Lukaşenko vurğulayıb.