Ermənistan Baş naziri Paşinyan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin oktyabrın 31-də Soçidə keçiriləcək görüşündə Qarabağdakı Rusiya sülhməramlılarının mandatının 20 ilə qədər uzadılması barədə sənədi imzalamağa hazır olduğunu bildirib.
7Times.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, bu barədə “Vətəndaş müqaviləsi” partiyasının qurultayında çıxışı zamanı deyib.
O bildirib ki, Ermənistan rusiyalı sülhməramlıların öz missiyalarını yerinə yetirməyə davam etməsini istəyir: “Soçidə sülhməramlıların mandatının 10 il, 15 il və ya 20 il uzadılması barədə sənədi imzalamağa hazıram. Təklif edirəm ki, Rusiya Prezidenti bununla bağlı təşəbbüslə çıxış etsin. Mən özüm də bu təklifi edə bilərəm, amma Rusiya tərəfi bu təklifi dəstəkləməlidir”.
Follow @7timesaz