Aktual

İran, sən İslam dövlətisənsə, bəs mən kiməm? – Bakıdan Tehrana DƏRS

İran, sən İslam dövlətisənsə, bəs mən kiməm? – Bakıdan Tehrana DƏRSbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın İsraildə səfirlik, Fələstində isə təmsilçilik açmaq qərarı rəsmi Bakının bu dövlətlərlə münasibətlərini yeni müstəviyə qaldırır.

Növbəti dəfə Azərbaycan xarici siyasətində balansı qorudu. Həm İsraillə, həm də Fələstinlə tərəfdaşlıq münasibətləri mövcud olan Azərbaycanın belə bir qərar qəbul etməsi Bakıya qarşı bəzi qüvvələrin, beyin mərkəzlərinin təzyiqinin və təxribatlarının artması ilə müşahidə olunsa da Azərbaycan dostlarını, tərəfdaşlarını nəyəsə, kiməsə görə tərk etməyəcəyini bir daha nümayiş etdirdi.

Azərbaycan müstəqilliyinin bərpa olundu tarixdən bu günə kimi geosiyasi sferada istənilən dövlətlə ümnasibətlərində əsas tənzimləyici tərəf kimi çıxış edib, buna təşəbbüs göstərən tərəf olub. Bunun ardı olaraq Azərbaycanın Təl-Əvivdə səfirliyinin, Ramallahda təmsilçilik ofisinin fəaliyyətə başlaması qərarı ilə Bakı İsrail və Fələstin məsələsində beynəlxalq hüquqa əsaslanan mövqeyini qorumaq niyyətində olduğunu göstərməklə yanaşı, bəzi adını “İslam” dövləti qoyan dövlətlərə əsl İslam, müsəlman həmrəyliyini də növbəti dəfə nümayiş etdirdi.

Azərbaycanın İsraildə bu zamana kimi səfrilik açmaması hər kəsə məlumdur: çünkü Azərbaycan bu məsələdə İslam dünyasının mövqeyini nəzərə alırdı. Özümüz də İslam dünyasının bir parçası olaraq bu məsələyə hər zaman çox həssaslıqla yanaşmışıq. Beləliklə Azərbaycan bu məsələdə həm Ərəb dövlətlərinin mövqeyini nəzərə almış olurdu, həm də 44 günlük müharibədən sonra açıq ermənipərəst siyasəti ilə Bakıya meydan oxumaq sevdasına düşən iranın mövqeyini nəzərə alırdı.

Amma artıq ötən yaxın keçmişdən (Donald Tramp dövründən başlayaraq) biz görürük ki, artıq Ərəb dövlətləri israil ilə ikitərəfli münasibətlərin qurulmasına başlayıblar. “İbrahim anlaşmaları” çərçivəsində Ərəb dövlətləri ilə Təl-Əviv arasında münasibətlərin qurulması prtosesi daha da sürətli hal almağa başlayıb.

Sırf bu faktları nəzərə alaraq Azərbaycan daha ağıllı strategiya seçməklə İsrail ilə diplomatik əlaqələrin qurulduğu 1992-ci ildən üzü bu yana münasibətlərini müxtəlif kanallarla ən yüksək səviyyəyə çatdıraraq, bu əlaqələri yüksək səviyyədə saxlayaraq səfirliyin açılması məsələsini daha uyğun zamana qədər daşıya bildi.

Bu deyilənlərdən bir daha əmin oluruq ki, rəsmi Bakı bu çətin və yüksək dəqiqliyə, diqqətə əsaslanan xarici siyasət tələb edən növbəti missiyanın öhdəsindən çox böyük uğurla gəlməyi bacardı. Yekunda Azərbaycan istəyinə nail oldu: Həm İsraildə səfrilik açdı, həm də Fələstinin timsalında digər Ərəb dövlətləri ilə də tərəfdaşlığını, beynəlxalq əlaqələrini daha yüksək müstəviyə qaldırmaq istiqamətində önəmli qərarlar qəbul edir.

Azərbaycanın bütün bu nüansları nəzərə alaraq illərdir yürütdüyü siyasət öz effektivliyini Vətən müharibəsindən öncə də, 44 günlük savaşın gedişində də özünü təsdiq etdi.

Bakının məhz İslam həmrəyliyi prinsipinə sözdə yox, işdə əməl etməsinin nəticəsi idi ki, müsəlman ölkələrin böyük bir qismi həm BMT, həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, həmçinin digər beynəlxalq platformalarda Ermənistan-Azərbaycan keçmiş Dağlıq Qarabağ münaqişəsi məsələsinə dair istənilən mövzuda Azərbaycana açıq dəstək nümayiş etdirdilər və bu gün də eyni dəstəyi alırıq.

Noyabrın 1-də İlham Əliyevin Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına əlcəzairli həmkarının dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak etməsi Azərbaycanla Ərəb dövlətləri arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişafını göstərən növbəti faktdır.

Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Fəxri qonaq statusunda iştiraka dəvət İlham Əliyevə olan yüksək ehtiramın təcəssümüdür. Prezident İlham Əliyevin dediyi kimi, bu, dostluq və qardaşlıq əlamətidir. Bu faktın özü bir daha Azərbaycana olan etimadın nə qədər böyük olduğunu göstərməklə paralel, eyni zamanda Bakının təfədaşlarına, dostlarına olan sadiqliyini nümayiş etdirən məsələ hesab edilə bilər.

Lakin biz bu gün İslam ölkələrinə qarşı tamamilə əks cinahda yer alan bir molla-fars rejiminin ədalətsiz möqveyinin də şahidiyik. İndi daha aydın oldur ki, İran İslam dövlətindən çox “şeytana” xidmət edən bir rejimin əlində xərclənir. 30 illik işğal zamanı 65 məscidimizi dağıdıb, yarasız hala salan, orada iri buynuzlu heyvanlar, donuz saxlamaqla İslamı, bütün dünya müsəlmanlarını təhqir edən Ermənistana arxa-dayaq durmaq, ona qucaq açmaq, “qardaş” deyib Ermənistanın təhlükəsizliyini öz qırmızı çizgisi hesab etmək nə vaxtdan İslami dəyər hesab olundu?

Amma Bakı adının yanına bir də “İslam” məfkurəsini birləşdirib, bu ad adı altnda pərdələnmək istəyən İran molla-fars rejiminə istər müstəqilliyinin bərpası tarxindən bu yana, istərsə də, son hadisələr fonunda əsl ləyaqtə dərsi keçdi. Azərbaycan öz maraqlarını nəzərə aldığı kimi, digər tərəfdaşlarını da düşündü.

Elə bunun nəticəsidir ki, bu gün Azərbaycanın İsraildə səfirlik açması məsələsi Fələstində narazılığa səbəb olmadığı kimi, Ramallahda (Fələstinin paytaxtı) təmsilçilik ofisinin yaradılması da İsraili qıcıqlandırmır. Bu fakt bir daha Azərbaycanın doğru yolda olduğunu, onun xarici siyasətinin dürüstlük, dostuq və əməkdaşlıq üzərində qurulduğunu nümayiş etdirir.

Milli.Az