Ölkə

“Molla rejiminin rejimin Azərbaycana qarşı kini var” – Politoloq ŞƏRHİ

“Molla rejiminin rejimin Azərbaycana qarşı kini var” – Politoloq ŞƏRHİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran hökuməti Azərbaycana qarşı münasibətini heç vaxt dəyişməyib. Çünki bu rejimin Azərbaycana qarşı kini var. Azərbaycanın inkişafını istəməmək və düşmənlik kimi bir hədəfi var. Bunun da müasir dövrdə müxtəlif səbəbləri var. Ən əsas səbəblərindən biri isə günümüzdə Güney Azərbaycan türklərinin milli haqqlarının təmin olunması məsələsidir”.

Bunu “7Times.az”a açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan bildirib. Siyasi şərhçinin qənaətincə, ADA Universitetində keçirilən beynəlxalq konfransda Azərbaycan Prezidentinin İrandakı azərbaycanlıları xalqımızın bir parçası olduğunu dilə gətirməsi faktı bir daha sübut edir ki, rəsmi Bakı Güney azərbaycanlılarının hüquqlarının qorunması istiqamətində fəaliyyətini davam etdirəcək:

“İran hakimiyyəti Azərbaycan Respublikasını Güney Azərbaycan türklərinin milli haqqlarını təmin olunması ilə bağlı mövqeyindən çəkindirmək üçün müxtəlif oyunlara və hədələrə əl atır. O cümlədən, 44 günlük müharibədən sonra İran hakimiyyətinin Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimlər keçirməsi İranın Azərbaycanı hədələmək cəhdlərindəndir. Azərbaycan tərəfi də İranın bu tip hədələrindən çəkinmədiyi nümayiş etdirmək üçün həmin ərazidə xüsusi təyinatlıların, komandoların təlim-tərbiyəsini keçirdi. Bu Azərbaycanın İran hakimiyyətindən çəkinmədiyini, əksinə İranı dostluq mesajı idi. Həmin gün Xudafərin körpüsünü göstərməsi əməkdaşlıq və körpü uçurulmamasına işarə idi. Azərbaycan qonşuluq, dinc yaşamaq prinsipini həmişə gözləyir. Amma təəssüf ki, İran hakimiyyəti Ermənistanla birgə Azərbaycana qarşı pozuculuq, körpüləri uçurmaq fəaliyyətini davam etdirməkdədir. Həmçinin, Azərbaycana qarşı müxtəlif şərtlər irəli sürməkdədir. İran tərəfi hələ də, regionda vəziyyətin dəyişdiyini və yeni şəraitin yarandığını qəbul və həzm edə bilmir. Bu baxımdan rəsmi Bakı region ölkələrini əməkdaşlığa çağırır və xarici siyasi kursunda müstəqil addımlar atır. O cümlədən, bunu Fələstin və İsraildə diplomatik nümayəndəliklərin açılması ilə bağlı atılan addımlar da təsdiqləyir.
Prezidentin ADA universitetində Güney azərbaycanlıları xalqımızın bir parçası olaraq yenidən dilə gətirməsi onu sübut edir ki, Azərbaycan Respublikası Güney Azərbaycan türklərinin insani və milli hüquqlarının qorunması istiqamətində fəaliyyətini davam etdirəcək. Həmçinin, bu məsələylə bağlı İran rəsmiləriylə danışıqları davam etdirmək niyyətindədir. Çünki insan haqqları və milli haqqlar məsələsi BMT-nin və müxtəlif paktlarda təsbit olunub və bu kimi sənədlərə İran imza atıb. Ona görə hesab etmək olar ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində həmin məsələləri İran tərəfinə və beynəlxalq təşkilatların diqqətinə çatdıracaq”.