Ölkə

Rasim Məmmədovun məhkəməsində Ramiz Mehdiyevə şok – Bu əmlakı MÜSADİRƏ OLUNDU

Rasim Məmmədovun məhkəməsində Ramiz Mehdiyevə şok – Bu əmlakı MÜSADİRƏ OLUNDUbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı üzərinə həbs qoyulmuş 70 milyonluq əmlaklar müsadirə olunub.

Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova- Məmmədovanın sədrliyi keçirilən iclasda elan olunmuş hökmdə qeyd olunub.

Həmin əmlaklara Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Bakı Oksford Məktəbi, Sumqayıt şəhərində yerləşən bir şirkət, bir neçə fərdi yaşayış və bağ evləri daxildir.

7Times.az  xatırladır ki, Bakı Oksford Məktəbinin Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə məxsus olması haqda iddialar var. Bu baxımdan Rasim Məmmədovun  sözügedən məktəblə bağlı məhkəmədə verdiyi ifadə də bu iddiaların həqiqiliyini təsdiqləyirdi. Bununla bağlı onun vəkili Elçin Sadıqov mətbuata açıqlamasında belə demişdi: “Hakim bu barədə sənədləri elan edəndə Rasim Məmmədov deyib ki,  onlar məktəbin yeganə sahibi deyil. Məktəbin 50 faizi  başqasınındır”.

Qeyd edək ki, Rasim Məmmədov külli miqdarda mənimsəmə israfetmə , yalan sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat təşkil edib.