Redaksiyanın seçimi

Məşhur “BEL” – həkimi həps edildi

Məşhur “BEL” – həkimi həps edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur “BEL” həkimi həps edildi. Avtomobilindən çıxanlar heyrət doğurdu.

Quba RPŞ-nin apardığı uğurlu əməliyyat axtarış tədbirləri nəticəsində Quba rayon Bağbanlı kənd sakini Qocayev Yalçın Ağacan oğlu saxlanılıb.Polis tərəfindən onun avtomobilinə keçirilən baxış zamanı avtomobildən külli miqdarda metamfetamin və heroin aşkarlanıb.Faktla əlaqədar olaraq RPŞ-də cinayət işi açılıb araşdırmalar davam etdirilir.

DİN-nin Quba regional mətbuat qrupundan fakt təsdiq edilib.Qeyd edək ki,Yalçın Qocayev Qubada özünü “bel” həkimi kimi tanıtdırıb və insanları qeyri-tibbi üsullarla müalicə etməsi ilə məşğul idi.Necə deyərlər-çuvala girməyən canını cağarcığa sığdırıb elin belin qırdıran Qocayevində belini də Quba RPŞ-nin son əməliyyat tədbiri öz çuvalına sığdırar.Və birdə bu kimi əməllərlə cəmiyyətin belini qırmaz.

Quba RPŞ -nin narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı göstərmiş olduğu dirəyətli mövqeyi isə təqdirə layiqdir.

7Times.az