Manşet

“Mənim Fransa Prezidenti ilə son telefon danışığım çox müsbət olub” – İlham Əliyev

"Onlar bu mandat çərçivəsində gərək tərəfsiz olsunlar, bitərəf olsunlar".

“Mənim Fransa Prezidenti ilə son telefon danışığım çox müsbət olub” – İlham Əliyevbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransanın son açıqlamaları müsbət açıqlamalardır. Eyni zamanda mənim Fransa Prezidenti ilə son telefon danışığım da çox müsbət olub”.

7times.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, Fransa həmsədr ölkə kimi bitərəf olmalıdır: “Mən bunu demişdim. Hər ölkənin hər bir başqa ölkə ilə xüsusi əlaqələri ola bilər. Milli səviyyədə hər ölkə sərbəstdir. Heç kimsə buna irad da tuta bilməz. Ancaq həmsədrlik artıq başqa bir mexanizmdir. Həmsədr olan ölkələr üzərinə bu, böyük məsuliyyət qoyur. Ona görə onlar bu mandat çərçivəsində gərək tərəfsiz olsunlar, bitərəf olsunlar. Və hesab edirəm ki, bu günə Fransanın addımları və yanaşması müsbətdir. Hər halda Ermənistana və Azərbaycana heyətin göndərilməsi bu bitərəfliyi bir daha təsbit edir”.