Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kanada Baş naziri Castin Trüdou ilə telefon danışığı aparıb, görüş zamanı Dağlıq Qarabağ problemi müzakirə edilib.
Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsi bildirib.
Türkiyə prezidenti xatırladıb ki, Azərbaycan-Ermənistan münaqişəsinin səbəbi Dağlıq Qarabağın 30 ilə yaxındır Ermənistanın işğalı altında olmasıdır.
Ərdoğan vurğulayıb ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, öz ərazisində əks-hücum əməliyyatı keçirir.
Məlumata əsasən, Ərdoğan və Trüdo ikitərəfli ticarətin artırılması və müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığında problemlərin aradan qaldırılması istiqamətində addımları müzakirə ediblər.
Follow @7timesaz