“Ermənistan tərəfindən Gəncəyə vurulan zərbə bir il əvvəl Paşinyanın nasist hərbi cinayətkar Qaregin Njdenin irsini qürurla bəyan etdiyində səmimi olduğunun daha bir sübutdur”.
7times.az xəbər verir ki, bu sözləri fransız politoloq Maksim Qauin deyib.
M.Qauin bildirib ki, bu gecə Gəncədə baş verənlər həm də Paşınyanın öz rejiminin çökməsindən qorxmasını göstərir:
“Paşinyan rejiminin qüvvədə qalıb-qalmayacağı sual altındadır, çünki hər keçən gün daha İrəvanın daha bir məğlubiyyəti Ermənistan hökumətinin iflasa uğrayacağı deməkdir.
Bu hadisəyə reaksiya vermək beynəlxalq birliyin birbaşa vəzifəsidir. Əks təqdirdə, beynəlxalq hüquqa inam zəiflədiləcəkdir”. (Axar.az)
Follow @7timesaz