Ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti bu gün Gəncə şəhərinə səfər edəcək.
7times.az xəbər verir ki, məclis sədri Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə erməni təxribatı nəticəsində dağıdılmış yaşayış mərkəzlərini ziyarət edəcək, vəfat edən və yaralanan ailələrin yaxınları ilə görüşəcək.
Bu gün eyni zamanda, Mustafa Şentopun Milli Məclisdə çıxışı və Xarici İşlər Naziri Ceyhun Bayramovla görüşü nəzərdə tutulub.
Follow @7timesaz