Aktual

Nazirliyin idarə rəisi döyülüb?

Nazirliyin idarə rəisi döyülüb?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin döyüldüyü iddia edilib.

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, idarə rəisi döyülüb, ağır xəsarətlər alıb.

7Times.az -ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan məsələ barədə Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət daxil olmayıb:

“Amma sosial şəbəkələrdə yayılan iddialarla bağlı araşdırmalara başlanılıb. Tofiq Əsgərov ilkin ifadəsində yıxılaraq xəsarət aldığını bildirib. Hazırda müvafiq ekspertiza təyin olunub və şöbənin Təhqiqat bölməsində araşdırmalar davam etdirilir”.