Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Vətən müharibəsi iştirakçısı Nizami Əzizovun işlətdiyi ictimai-iaşə obyektində bir qrup şəhid ailəsi, qazi və müharibə iştirakçısı ilə görüşüb.
İcra başçısı görüş iştirakçıları ilə səmimi söhbət edib, müraciət və təkliflərini dinləyib. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələri, qazi və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən danışıb.





