Dünya

Tramp Kanadanı təhdid edib – Fələstinə görə

Tramp Kanadanı təhdid edib – Fələstinə görəbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Kanadanın Fələstin dövlətini tanımaq planlarına sərt reaksiya verib. 

Tramp bu barədə “Truth” hesabından paylaşım edib.

“Kanada az əvvəl Fələstinin dövlət kimi tanınmasını dəstəklədiyini açıqladı. Bu, onlarla bir ticarət anlaşması bağlamağımızı çox çətinləşdirəcək”, -deyə o qeyd edib.

Trampın bu açıqlaması Kanada Baş naziri Mark Karneynin BMT Baş Assambleyasının 2025-ci ilin sentyabrında keçiriləcək 80-ci sessiyasında Fələstin dövlətini tanıyacaqlarına dair verdiyi bəyanatdan sonra gəlib.

Baş nazir Karneyin verdiyi yazılı açıqlamada bildirilir: “Kanada uzun müddətdir ki, iki dövlətli həll prinsipinə sadiqdir. Mülki insanların qarşı davranışlar barış, təhlükəsizlik və insan həyatının dəyərini qorumağa yönəlmiş beynəlxalq koordinasiyalı tədbirlərin təxirə salınmasına yer qoymur. İki dövlətli həllin qorunması – zorakılıq və ya terror əvəzinə sülhü seçən hər kəslə birgə dayanmaq, İsrail və Fələstin xalqlarının birgə, dinc və firavan gələcək arzularına hörmətlə yanaşmaq deməkdir. Bu səbəblə Kanada 2025-ci ilin sentyabrında BMT Baş Assambleyasının 80-ci sessiyasında Fələstin dövlətini tanımağa niyyətlidir”.