ABŞ-da siyasi xadimlərə, prezidentlərə və prezidentliyə namizədlərə qarşı cəhdlər ölkənin daxili siyasi həyatında ənənədir.
7Times.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
“Prezident Baydenin bu gün söylədiklərinə qulaq asın, o deyib ki, prezidentə, prezidentliyə namizədə, ictimai xadimlərə, siyasi xadimlərə hücum kimi təzahürlər ABŞ-ın daxili siyasi həyatının ağrılı təzahürləridir. Amma onun demədiyini qeyd etmək istəyirəm. Bayden deməliydi ki, bu, təkcə ABŞ-ın daxili siyasi həyatının ağrılı təzahürü deyil, həm də ənənədir”, – Zaxarova bildirib.
Follow @7timesaz