Hərbi

ABŞ-dan Ukraynaya DƏHŞƏT SAÇAN PUA tədarükü… – “Grey Eagle”

ABŞ-dan Ukraynaya DƏHŞƏT SAÇAN PUA tədarükü… – “Grey Eagle”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya “Hellfire” (Cəhənnəm atəşi) raketləri ilə təchiz oluna bilən 4 MQ-1C “Grey Eagle” pilotsuz uçan aparatı (PUA) satmaq qərarına gəlib.

7Times.az xarici mediaya istinadən xəbər verir ki, “General Atomics”in istehsalı olan dronların satışı Konqres tərəfindən əngəllənə bilər.

Eyni zamanda, satış planı ilə qərar bir neçə həftədir ki, Pentaqonda nəzərdən keçirilir.

Bundan əlavə, daha əvvəl Ukraynaya verilən 40 milyard dollarlıq yardım paketinin bir hissəsinin PUA-ların mümkün satışının maliyyələşdirilməsinə, habelə Ukrayna hərbçilərinə onlardan istifadə üzrə təlimlərin keçirilməsinə yönəldiləcəyi bildirilir.