2024-cü ildə dünya ölkələrinin 80%-də qiymətlər enəcək.
7Times.az bildirir ki, bunu ABŞ-nin malliyə naziri Canet Yellen “Reuters” agentliyinə deyib. O, fikirlərini bu cür ifadə edib:
“Beynəlxalq Valyuta Fondu və digər proqnozçular 2023-cü ildə qlobal iqtisadiyyatda geniş miqyasda yavaşlamanın olacağını proqnozlaşdırırdılar, lakin bu baş vermədi. Əvəzində artım 3,1% olub, yəni gözləniləndən daha yaxşı…”.
C.Yellen bildirib ki, qeyd edilən dövrdə inflyasiya da aşağı düşüb:
“Bu il isə ölkələrin təxminən 80%-də qiymətlərin enişinin davam edəcəyi gözlənilir”.
Qeyd edək ki, 2023-cü ilin yanvarında Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva qlobal iqtisadi artımın 2024-cü ildə sürətlənməyə başlayacağını bildirmişdi. BVF həmçinin bu il qlobal ÜDM artımını 3,1%, 2025-ci ildə isə 3,2% proqnozlaşdırıb.
Sfera.az
Follow @7timesaz