Aktual

ABŞ dövlət katibindən Azərbaycanla bağlı təxribatçı açıqlama

ABŞ dövlət katibindən Azərbaycanla bağlı təxribatçı açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ Qarabağda Azərbaycanla Ermənistan arasında münaqişənin uzunmüddətli əsaslarla həllinin tərəfdarıdır, bununla bağlı birtərəfli addımların əleyhinədir”.
Yeniavaz.com 
TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresinin Senatının Xarici Əlaqələr Komitəsində dinləmələrdə çıxış edən dövlət katibi Entoni Blinken bildirib.
“Mən həm Ermənistan, həm də Azərbaycan rəhbərliyi ilə çox fəal və birbaşa əlaqədə olmuşam. Xüsusilə, bu yaxınlarda, bir həftə əvvəl Paşinyan və Əliyevlə, eləcə də bu ölkələrin xarici işlər nazirləri ilə Qarabağ üzrə uzunmüddətli siyasi nizamlanma perspektivlərinin stimullaşdırılmasına kömək etmək məqsədilə telefon danışığım olub”, – Blinken deyib.
Onun sözlərinə görə, Vaşinqton bununla bağlı müxtəlif etimadın möhkəmləndirilməsi tədbirləri hazırlayır və təşviq edir. Blinken Azərbaycanı vəziyyəti gərginləşdirməkdə ittiham edib:
“Biz hər hansı birtərəfli, xüsusən də Azərbaycanın vəziyyəti daha da gərginləşdirən hərəkətlərinə qarşıyıq”.