“Bu gün səfir Litzenberqer Müdafiə Departamentinin Azərbaycanla təhlükəsizlik əməkdaşlığını müzakirə etmək üçün ABŞ-ın Avropa Komandanlığının Birgə İdarələrarası Mübarizə Mərkəzinin nümayəndə heyətini qarşılayıb”.
“Report” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfirliyi bildirib.
“ABŞ səfirliyi Xəzər dənizində dəniz təhlükəsizliyini gücləndirmək və sərhədlər boyunca narkotik alverçilərinə qarşı təbridlər görmək məqsədilə Azərbaycanın tərəfdaşı olmaqdan qürur duyur”, – diplomatik korpus qeyd edib.
Follow @7timesaz