Digər NATO-ya üzv ölkələrin ABŞ-Rusiya dialoqunda, xüsusən də NATO ilə Rusiya arasında danışıqlara hazırlıq kontekstində iştirak etməsi vacibdir.
7Times.az Axar.az-a istinadən xəbər verir ki, bunu Slovakiya Xarici İşlər Nazirliyinin rəhbəri İvan Korçok bildirib.
“Mən ABŞ-ın digər NATO-ya üzv ölkələri Rusiya ilə ikitərəfli danışıqlara fəal şəkildə cəlb etməsini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu dialoqun bir hissəsi olmaq, xüsusilə də yanvarın 12-də Brüsseldə keçiriləcək NATO ilə danışıqlarda iştirak son dərəcə vacibdir”.
Slovakiya diplomatiyasının rəhbərinin sözlərinə görə, NATO-ya üzv ölkələr Rusiya ilə açıq dialoqa hazırdırlar:
“Eyni zamanda, biz bu danışıqlarda Slovakiyanın və Avropanın təhlükəsizliyinin əsasını təşkil edən prinsiplərdən çıxış edəcəyik”.
Follow @7timesaz