Aktual

ABŞ rəhbərliyi gizli şəkildə Kiyevə SƏFƏR ETDİ

ABŞ rəhbərliyi gizli şəkildə Kiyevə SƏFƏR ETDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin Kiyevə səfər ediblər. Amerika nümayəndə heyəti aprelin 24-də Ukraynaya gəlib, eyni zamanda rəsmilər prezident Vladimir Zelenski ilə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri Prezident Aparatındakı mənbələrə istinadən məlumat yayıb.

“Təhlükəsizlik səbəbindən səfər əvvəlcədən elan edilməyib. Lakin görüşlər çox məhsuldar keçdi. Nəticələri elan edəcəyik”, – Prezident Aparatından verilən mesajda deyilir.

Maraqlıdır ki, Blinken və Ostinin səfəri Rusiya ilə genişmiqyaslı müharibə başlayandan bəri Amerika rəsmilərinin Ukraynaya ilk səfəridir. Həmçinin, bu səfər ABŞ-ın bir çox Avropa ölkələrindən fərqli olaraq hələ də öz səfirliyini Kiyevə qaytarmaması fonunda mühüm əhəmiyyət kəsb edir.

Reuters-in məlumatına görə, Blinken və Ostin Kiyevə səfəri zamanı Vladimir Zelenskiyə amerikalı diplomatların gələn həftə Ukraynaya qayıda biləcəyini deyiblər.

Associated Press isə xəbər verir ki, Ukraynanın paytaxtında onlar Ukrayna və daha 15 ölkəyə hərbi ehtiyaclar üçün 713 milyon dollar ayrıldığını elan ediblər.

Bundan əvvəl ABŞ rəsmiləri Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ hökumət üzvlərinin Ukraynaya səfər etməyi planlaşdırması ilə bağlı açıqlamasını şərh etməkdən imtina ediblər.