Siyasət

ABŞ və Fransa rəsmiləri Qarabağı MÜZAKİRƏ ETDİLƏR

ABŞ və Fransa rəsmiləri Qarabağı MÜZAKİRƏ ETDİLƏRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Katibi Entoni Blinken və Fransa Xarici İşlər Naziri Jan-İv Le Drian telefon danışığı zamanı Fələstin-İsrail münaqişəsi və Dağlıq Qarabağ ətrafında vəziyyəti müzakirə ediblər.

7times.az xəbər verir ki, bu barədə danışıqlardan sonra Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays tərəfindən yayımlanan yazılı açıqlamada deyilib.

N.Prays qeyd edib ki, iki ölkənin xarici işlər nazirləri İsrail, İordan çayının qərb sahilində və Qəzzada davam edən zorakılıqla bağlı ümumi narahatlıqlarını və bölgədəki əmin-amanlığı əldə etməsi üçün tərəfdaşlarla birgə fəaliyyəti müzakirə ediblər:

“Dövlət katibi Blinken və xarici işlər naziri Lö Drian ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri kimi əməkdaşlıqdan da bəhs ediblər və Dağlıq Qarabağdakı münaqişənin uzunmüddətli siyasi həllinə ehtiyac olduğunu vurğulayıblar”.