Ölkə

AÇ-2024: İspaniya Xorvatiyaya qarşı, son çempion albanlarla üz-üzə – YENİLƏNİR

AÇ-2024: İspaniya Xorvatiyaya qarşı, son çempion albanlarla üz-üzə – YENİLƏNİRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada keçirilən Avropa Çempionatı davam edir.

7Times.az xəbər verir ki, qitə turnirinin ikinci günündə 3 matç oynanılacaq.

Ötən gün açılış matçında üz-üzə gələn Almaniya və Şotlandiyanın olduğu A qrupunun digər qarşılaşması Macarıstanla İsveçrə arasında baş tutacaq.

Günün ikinci qarşılaşmasında B qrupunun favoritlərindən sayılan İspaniya və Xorvatiya münasibətlərinə aydınlıq gətirəcəklər.

Nəhayət, günə İtaliya – Albaniya matçı ilə yekun vurulacaq.

AÇ-2024
15 iyun

A qrupu

17:00. Macarıstan – İsveçrə
Hakim:  Slavko Vinçiç (Sloveniya).
Köln. “Rhein Energie Stadion”.

B qrupu

20:00. İspaniya – Xorvatiya 
Hakim: Maykl Oliver (İngiltərə)
Berlin. “Olympiastadion”.

23:00. İtaliya – Albaniya 
Hakim: Feliks Çvayer (Almaniya)
Dortmund. “Signal Iduna Park”.