Tele-aparıcı Afaq Gəncəli “Mtv Azərbaycan”da yayımlanan “10-da görüşək” səhər proqramının qonağı olub.
Milli.Az xəbər verir ki, cazibədar aparıcı maraqlı açıqlamaları ilə diqqət çəkib. Onlardan biri isə həmkarları barədə verilən suala verdiyi cavab olub.
Gəncəli peşəkar kimi qəbul etdiyi aparıcının eyni səhnəni bölüşdükdə düşüncəsində yanıldığını belə etiraf edib:
“Aparıcıların, müğənnilərin böyük əksəriyyəti səhnədə dəyişir. Özünü ön plana çıxarmağa çalışır, danışmağa imkan vermirlər.
Elə həmkarım var ki, adi həyatda çox yaxşıdır, adama ürəyini verər. Ancaq səhnə bölüşdükdə tam fərqli insana çevrilir. Səhnəyə çıxan kimi sənə paxıllığı tutur. İki fərqli insan görürəm”.