Aktual

Adil Əliyevdən Əli Kərimliyə: “…etdikləri satqınlıqlar nəticəsində”

Adil Əliyevdən Əli Kərimliyə: “…etdikləri satqınlıqlar nəticəsində”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şanlı tariximizin ən parlaq səhifəsi olan Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli ordumuz tarixi torpaqlarımızı düşmən işğalından azad etdi. Məhz 1991-1993-cü illər ərzində hakimiyyətdə olan AXC-Müsavat birliyinin yarıtmaz idarəçiliyi, öz maraqlarını xalqın maraqlarından öndə görmələri, etdikləri satqınlıqlar nəticəsində torpaqlarımız 30 il işğal altında qaldı”.

7Times.az  xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.

“Vətən müharibəsi bitdikdən sonra yenidən peyda olan “marjinal müxalifət”in 2-3 üzvü xaricdən aldıqları sifarişlərlə qələbəmizə kölgə salmağa cəhd etdilər. Bunlar başa düşmür ki, “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm və Azərbaycan xalqı mənə inanır” deyən cənab İlham Əliyev kimi liderimiz var. Qazanılmış uğurlara kölgə salmağa cəhd etmək Vətənə, bu yolda canını qurban verən şəhidlərimizin ruhuna xəyanətdir”, – deputat qeyd edib.