“Neftçi”nin baş məşqçisi Adrian Mutunun “ağ-qaralar”ın heyəti ilə bağlı planları bəllidir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, ümidləri doğrultmayan rumın mütəxəssis qış transfer pəncərəsində azı 2 yeni transfer istəyir.
Sözügedən çalışdırıcı hazırda daha səviyyəli mərkəz hücumçusu axtarışında olduğu barədə rəhbərliyə də məlumat verib. Onun digər hədəfi isə cinahlardakı rəqabəti gücləndirməkdir.
Bundan başqa, Mutu “Sabah”ın qolkiperi Yusif İmanovun da çıxışını bəyənir. “Bayquşlar”ın çalışdırıcısı Murad Musayevin bu mövsüm daha az şans verdiyi İmanovun yayda heyətə qatılması gündəmdədir.
Əcnəbi mütəxəssisin gəlişindən sonra komandanı tərk etmək ehtimalı artanlara gəlincə, bunlar əsas heyətdəki yerlərini itirən Kenni Sayeflə Ataa Caberdir. 2022-ci ilin yayında transfer edilən və hərəsi 2 illik müqaviləyə qol çəkən bu futbolçulardan Sayefin durumu daha mürəkkəbdir. Kenni ehtiyatda qalmasından narzıdır və özünə iş yeri tapa biləcəyi halda, yanvarda da Bakı təmsilçisindən ayrıla bilər.
Follow @7timesaz