Ölkə

Ağdaşda rəqəmsal riyaziyyatçılar layihəsinin bağlanış tədbiri keçirildi – FOTOLAR

Ağdaşda rəqəmsal riyaziyyatçılar layihəsinin bağlanış tədbiri keçirildi – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kənd məktəbində rəqəmsal riyaziyyatçılar layihəsinin bağlanış tədbiri keçirilmişdir. Tədbirdə layihə rəhbəri Ü.Əmirli layihə çərçivəsində 3 ay ərzində görülmüş işlər və əldə olunmuş nəticələr haqqında məlumat vermiş, keçirilən yarışlarda mükafat qazanan şagirdlər təltif olunmuş və mükafatları təqdim edilmişdir.
Xatırladırıq ki, “Kənd məktəbində rəqəmsal riyaziyyatçılar” adlı layihə Ağdaş rayon Dəhnəxəlil kənd R.Məmmədov adına tam orta ümumtəhsil məktəbində məktəbin informatika müəllimi Ülkər Əmirli tərəfindən həyata keçirilmişdir. Layihənin məqsədi rəqəmsal bacarıqlar vasitəsilə riyaziyyat fənninin tədrisini daha əyləncəli və əlçatan etmək, xüsusən təlim nəticələri zəif olan şagirdlərin öyrənmə motivasiyasını artırmaq idi.
Layihə ərzində “Khan Academy” proqramı ilə şairdlərə 4 mövzu üzrə planşetlər üzərindən dərslər keçirilmiş “Math Games” və “Kahoot!” proqramı ilə yarışlar təşkil olunmuşdur. Həmçinin təlim nəticələri yüksək olan şagirdlərə məntiq üzrə təlimçi Bəhman Məmmədov tərəfindən 4 onlayn təlim keçirilmişdir.