Ölkə

Ali məktəblərə qəbul imtahanları 17 şəhər və rayonda təşkil edilir

Ali məktəblərə qəbul imtahanları 17 şəhər və rayonda təşkil edilirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları 17 şəhər və rayonda – Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil edilir.

Dövlət İmtahan Mərkəzindən 7Times.az-a bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda 90 imtahan binası, 1 642 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 90 ümumi imtahan rəhbəri, 267 imtahan rəhbəri, 2 050 nəzarətçi–müəllim, 281 buraxılış rejimi əməkdaşı, 90 bina nümayəndəsi ayrılıb.

İmtahanda 22 146 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanda 24 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahanın gedişini işıqlandırmaq üçün regionlar da daxil olmaqla 29 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.