Gündəm

Ali məktəblərə qəbul imtahanları respublikanın 18 şəhər və rayonunda təşkil edilir

Ali məktəblərə qəbul imtahanları respublikanın 18 şəhər və rayonunda təşkil edilirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Qazax, Cəlilabad və Xaçmazda təşkil edilir.

Dövlət İmtahan Mərkəzindən 7Times.az-a bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 180 imtahan binası, 3241 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 180 ümumi imtahan rəhbəri, 536 imtahan rəhbəri, 4054 nəzarətçi–müəllim, 555 buraxılış rejimi əməkdaşı, 180 bina nümayəndəsi cəlb edilib.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi iyunun 3-də IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir. Həmçinin iyunun 3-də I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə imtahan keçirilir.