Sağlamlıq

Allergiyanın müalicəsi üçün yeni üsul tapıldı

Allergiyanın müalicəsi üçün yeni üsul tapıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər spesifik immun B-hüceyrələrinə əsaslanan allergiyanın müalicəsi üçün yeni üsul təqdim ediblər.

Paul Erlix İnstitutunun və Qissendəki Uustus Libix Universitetinin tədqiqatçıları bunun üçün mütəxəssislər hüceyrə kulturalarında siçanların və insanların differensiallaşmamış B hüceyrələrini tədqiq ediblər.

Onlar flaqellin və ağcaqayın allergenindən ibarət rFlaA: Betv1 hibrid zülalını yaradıblar ki, bu da mTOR-dan və MyD88-dən asılı B-hüceyrə diferensiasiyasının yerinə yetirilməsini  təmin edib. MTOR hüceyrə mübadiləsində əsas tənzimləyici zülaldır, MyD88 zülalı isə immun hüceyrələr daxilində siqnal verir. Bu, flaqellin zülallarının immun sistemi tərəfindən allergik reaksiyanın yatırılmasını təyin edən belə bir prosesi təqib etmək qabiliyyətidir.

Kəşfdən allergen-spesifik immunoterapiyada istifadə edilməsi planlaşdırılır. Məsələn, rFlaA: Betv1 B hüceyrələrinin yetişməsinə səbəb olacaq, bu da öz növbəsində müxtəlif maddələri buraxaraq allergik reaksiyaların qarşısını alacaq./lent.az