Almaniya hakimiyyəti 2022-ci ilin birinci yarısı üçün Ukraynaya təxminən 562 milyon avro məbləğində silah və hərbi malların tədarükünü təsdiqləyib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“İlkin məlumatlara görə, 2022-ci ilin birinci yarısında silah ixracı üçün 4,14 milyard avro məbləğində fərdi lisenziyalar verilib”, – hesabatda deyilir.
Follow @7timesaz