ATƏT-in Minsk qrupunun amerikalı yeni həmsədri, ABŞ-ın Qafqaz üzrə danışıqlar üzrə xüsusi nümayəndəsi, səfir Filip Riker İrəvana gəlib.
7Times.az xəbər verir ki, bu barədə Ermənistanın NEWS.am saytına ABŞ-ın Ermənistandakı səfirliyinin mətbuat xidmətindən məlumat çatdırılıb.
Səfirlik Rikerin İrəvana səfərini alqışlayıb.
Diplomatik missiya qeyd edib ki, Rikerin səfəri sentyabrın 10-dək davam edəcək. Səfir Ermənistan hökumətinin nümayəndələri ilə görüşlər keçirərək ABŞ-ın Ermənistan və Azərbaycanın davamlı və etibarlı sülhə nail olmaq üçün diplomatik səylərini dəstəkləməsi, eləcə də Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması ilə bağlı məsələləri müzakirə edəcək.
Follow @7timesaz