Aktual

ANAMA vətəndaşları azad edilmiş ərazilərə getməyə çağırdı: TƏHLÜKƏLİDİR!

ANAMA vətəndaşları azad edilmiş ərazilərə getməyə çağırdı: TƏHLÜKƏLİDİR!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətəndaşlar işğaldan azad edilmiş ərazilərə səfər etməyə tələsməməlidir. 7times.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

Q.Əhmədov bildirib ki, vətəndaşların doğma torpaqlarına getmələri üçün yaxın zamanlarda şərait yaradılacaq:

“Hələ ki həmin ərazilərə daxil olmamaq xahiş olunur, polis postlarından yayınaraq ara yollarla həmin məntəqələrə getmək təhlükəlidir. Həmin ərazilərə xüsusi təlim keçən insanlar xüsusi icazə ilə daxil ola bilərlər”.