Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Senatına üzv seçilib.
Bu barədə federasiyadan məlumat verilib.
Qeyd edək ki, Senat FIA-nın ali idarəetmə orqanıdır. FIA-nın maliyyə və kommersiya məsələlərinə, eləcə də ümumi idarəçiliyinə məsul olan Senat avtomobil idmanı sahəsində standartların yaradılması, yol hərəkəti təhlükəsizliyi, həmçinin avtomobil sənayesinin inkişafı istiqamətinə fəaliyyət göstərir.
Follow @7timesaz