Manşet

Ankara və Bakı üçün mühüm xəbər – Ukrayna hərəkətə keçdi

Ankara və Bakı üçün mühüm xəbər – Ukrayna hərəkətə keçdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) müşahidəçi statusu üçün müraciət edib.

7times.az xəbər verir ki, bu barədə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.

Nazir təşkilatlar səviyyəsində də daxil olmaqla regional əməkdaşlıq mexanizmlərindən istifadə edilməsinin vacibliyini vurğulayıb:

“Ukrayna bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında müşahidəçi statusu almağın tərəfdarıdır. Bu məsələ noyabrın 12-də Türk Şurasının sammitinin liderlərin müzakirəsinə çıxarılacaq”.

Türk Şurası türk dövlətlərini birləşdirən beynəlxalq təşkilatdır. Şura 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Türk Şurasına Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir.

Macarıstanın müşahidəçi statusunda qatıldığı şuranın potensial üzvlərindən biri Türkmənistandır. Rəsmi Aşqabad tam üzvlüklə bağlı sentyabr ayında Türk Şurasına müraciət edib. Türkmənistanın liderlərin qarşıdakı toplantısında birliyə üzv ediləcəyi gözlənilir.// kanal.az