Antonio Kontenin yeni iş yeri açıqlanıb.
7Times.az “Rai Sport”a istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis “Napoli”ni çalışdıracaq.
O, Neapol təmsilçisi ilə 3 illik müqavilə bağlayacaq.
Konte həmin müddət ərzində illik 6,5 milyon avro qazanacaq.
Qeyd edək ki, Kontenin son iş yeri İngiltərənin “Tottenhem” klubu olub.
33 tura 49 xal toplayan “Napoli” hazırda A Seriyasının turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.
Fanat.Az
Follow @7timesaz