Gündəm

Araik Xocalıdakı Badara çayından Xankəndinə su kəməri çəkdirməyə başladı – FOTOLAR

Araik Xocalıdakı Badara çayından Xankəndinə su kəməri çəkdirməyə başladı – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Respublikasının Qarabağ iqtisadi zonasının  bir hissəsində müvəqqəti yerləşdirilmiş Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin himayəsində sürünən separatçı-terrorçu rejimin tör-töküntüləri suveren hüquqi-tarixi torpaqlarımızda özbaşına işlər görməkdə davam edir.
Moderator.az xəbər verir ki, erməni mənbələrinin yaydığı məlumata görə, tikintisi barədə separatçı-terrorçu başçı Araik Arutyunyanın  2021-ci il avqustun 16-da göstəriş verdiyi  Xocalı rayonunun Badara kəndi ərazisindən keçən eyniadlı çaydan Xankəndi şəhərinə su kəmərinin çəkilişinə başlanıb.
Separatçı rejimin “müstəqillik illərinin ən böyük layihəsi” adlandırılan layihənin birinci mərhələsində eyniadlı çayın Xankəndi su təchizatı sisteminə qoşulması planlaşdırılır. Xəbərdə deyilir ki, boru kəməri bir il ərzində, yəni 2022-ci ilin sonunda istifadəyə veriləcək və gələn ildən Xankəndi sakinlərinin içməli su problemi olmayacaq. İkinci mərhələdə Badara su anbarı, ardınca isə suvarma boru kəməri tikiləcək.
Guya bu su anbarı Xankəndi əhalisini, eləcə də keçmiş Əsgəran, yəni indiki Xocalı rayonu ərazisindəki  10-a yaxın kəndi yüksək keyfiyyətli içməli su ilə təmin edəcək. İlkin hesablamalara görə, ümumi dəyəri 15 milyard dram(təxm. 50, 4 min AZN) olacaq su anbarı  eyni zamanda 2500 hektardan çox ərazinin suvarılmasına şərait yaradacaq.
Zəruri arayış:
Xocalı rayonu ərazisində yerləşən Badara çayı mənbəyini Qırxqız dağlarından götürür və Xocalı şəhəri yaxınlığından keçərək Qarqar çayına tökülür. Uzunluğu 32 km olan bu çay üzərində anbar tikilməsi və Xankəndinə su kəməri çəkilməsi Qarqar çayına axını azaldacaq ki, bu da Ağdam rayonunun kəndlərində suvarma problemlərini artıra bilər. Bundan əlavə, Badara su anbarının tikintisinin Meşəli kəndinin flora və faunası üçün  də təhlükə yaratması mümkündür.  Sovet dövründə Azərbaycan rəhbərliyi ermənilərin bu cəhdinin qarşısını alıb.