Müsavat Partiyasının başqanı Arif Hacılı “Elçibəy” institutundan istefa verib.
7Times.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında yazıb.
O, qurumun digər üzvlərinin sabiq prezident Əbülfəz Elçibəyin adından şəxsi maraqlar üçün istifadə etdiyini iddia edib.
“Təsisçilərindən biri olduğum “Elçibəy İnstitutu” adlı qurumdan istefa verirəm. Səbəb “Elçibəy İnstitutu”nun aparıcı üzvlərinin Elçibəyin yüksək adından onun irsini tədqiq və təbliğ etmək üçün deyil, Müsavatın təməl prinsipləri ilə üst-üstə düşməyən şəxsi maraqları naminə istifadə etmələridir”, – partiya sədri qeyd edib.
Siyasətçi söhbətin kimdən getdiyini açıqlamayıb.
Follow @7timesaz