İdman

Artetanın etdiyini Arsen Venger də bacarmayıb

Artetanın etdiyini Arsen Venger də bacarmayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

London “Arsenal”ının baş məşqçisi Mikel Arteta klubun rekordunu yeniləyib.

Fanat.Az xəbər verir ki, ispaniyalı çalışdırıcı “topçular”ın Premyer Liqanın XIII turunda “Brentford”u üstələdiyi matçda (1:0) tarixi nəticəyə imza atıb.

Belə ki, London təmsilçisi onun rəhbərliyi altında keçirdiyi ilk 200-cü oyunda 116-cı qələbəsini qazanıb. Öncəki rekord bu sayda görüşdə 111 zəfərə sevinən Arsen Vengerə məxsus idi.

Qeyd edək ki, hazırda 30 xalı olan “Arsenal” İPL-in turnir cədvəlində 1-ci pillədə mövqe tutub.