İdman

Avropa Liqası tarixində Patrisiu kimisi olmayıb

Avropa Liqası tarixində Patrisiu kimisi olmayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Roma” – “Bayer Leverkuzen” matçı (1:0) meydan sahiblərinin qapıçısı Ruy Patrisiu üçün əlamətdar olub.

Fanat.Az xəbər verir ki, start “11-lik”də yer alan portuqaliyalı futbolçu AL-də rekord müəyyənləşdirib.

Belə ki, o, sözügedən turnirdə (turnir 2009/2010 mövsümündən belə adlanır) oyun sayını 67-yə çatdıraraq heç kimin bacarmadığı nəticəyə imza atıb. “Canavarlar”ın qolkiperi “Srvena Zvezda”nın müdafiəçisi Aleksandar Draqoviçi (66 oyun) geridə qoyub.

Qeyd edək ki, tərəflərin cavab qarşılaşması mayın 18-də, Leverkuzendəki “Bay-Arena”da baş tutacaq.