KALUSH müsabiqədə qalib gəlsə də, “Avroviziya 2023” Ukraynada yox, Böyük Britaniyada keçiriləcək.
Müvafiq qərara Avropa Yayım Birliyi gəlib.
Obyektiv təhlildən sonra mövcud şərait nəzərə alınaraq, belə qənaətə gəlinib ki, müsabiqənin keçirilməsi zamanı tələb olunan təhlükəsizlik təminatları verilə bilməz.
Müsabiqənin təşkilatçıları Böyük Britaniyaya müraciət edərək, bu ölkənin təmsilçisinin ikinci yerdə qərarlaşdığı üçün yarışın orada keçirilməsi imkanlarını müzakirə ediblər.
Qeyd edək ki, Böyük Britaniya bu il müsabiqədə 466 xalla ikinci yeri tutub. Müğənni Sem Rayder “Space Man” mahnısı ilə çıxış edib.
Follow @7timesaz