Manşet

Avtomobillə polisi vurub öldürən sürücü bu məmurun qardaşıymış – FOTO

Avtomobillə polisi vurub öldürən sürücü bu məmurun qardaşıymış – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 6-da saat 01.30-da Şabran şəhərinin ərazisində şəhər sakini Ə.Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında dayanmış Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Təbriz Heybətovu vurub. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

7times.az xəbər verir ki, hadisəni törətmiş şəxs Şabran RİH-i başçısının Şabran şəhər İƏD üzrə nümayəndəsi olan Orxan Kərimovun qardaşı Əbülfəz Kərimovdur. O əvvəllər Şabran RİH başçısının Çuxurəzəmi İƏD üzrə nümayəndəsi vəzifəsində çalışıb.

Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.