Ölkə

Axtarışda оlan 260 nəfər sərhəddə aşkarlanıb

Axtarışda оlan 260 nəfər sərhəddə aşkarlanıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2023-cü ilin aprel ayı ərzində cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 260 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən bildirilib.

Qeyd edilib ki, ölkədən çıxışı qadağan olan 446 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 20 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb.